Müəllimlərin sosial ipotekadan yararlana bilməsi üçün təklif

Müəllimlərin sosial ipotekadan yararlana bilməsi üçün təklif
  07 Oktyabr 2015    Oxunub:3253
Milli Məclisin 6 komitəsinin və hökumətin iştirakı ilə keçirilən büdcə müzakirələri zamanı millət vəkili Qənirə Paşayeva orta məktəb müəllimlərinin böyük bir hissəsinin sosial ipotekadan yararlana bilməməsinə xüsusi diqqət çəkərək, bu məsələnin həllini xahiş edib.

O, bildirib ki, orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların çoxu dövlətin bu sistemindən yararlana bilmirlər: “Ona görə də, orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var və Hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq. Bu, müəllimlərimiz üçün böyük dəstək olardı”.

Millət vəkili bildirib ki, dövlət başçımız cənab İ.Əliyevin sosial ipotekadan daha çox insanlarımızın yararlanması istiqamətində siyasəti, tövsiyə və tapşırıqları insanlar arasında yüksək qiymətləndirilir: “İnanırıq ki, 2016-cı ildə orta məktəb müəllimlərinin də hərbçilər, elm dalınca gedən insanlar və bəzi digər qruplar kimi sosial ipotekadan güzəştli şərtlərlə yararlana bilməsi üçün addımlar atılacaq”.


Teqlər:





Xəbər lenti