Rusiya Xəzərdən İŞİD-i vurdu - Video

Rusiya Xəzərdən İŞİD-i vurdu - Video
  07 Oktyabr 2015    Oxunub:2327
Rusiyanın Xəzər akvatoriyasındakı gəmiləri yüksək dəqiqlikli silahlardan istifadə etməklə “İslam Dövləti” terror qruplaşmasının Suriyadakı obyektlərini atəşə tutub.

AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. O bildirib ki, əməliyyatda Rusiya Hərbi-Dəniz Qüvvələrinin Xəzər donanmasının 4 gəmisi iştirak edib və İŞİD-in mövqelərinə 26 raket atılıb.

Suriyada mövcud vəziyyətdən danışan Putin deyib ki, Fransa prezidenti Fransua Olland Bəşər Əsədə sadiq qüvvələrin Suriya müxalifəti ilə İŞİD-ə qarşı birləşməsini təklif edib:

`“Azad Suriya ordusu”nun harada yerləşdiyini və ona kimin rəhbərlik etdiyini bilmirəm. Amma ümumi düşmənə qarşı, İŞİD və “Cəbhə ən Nusra” kimi terror təşkilatlarına qarşı səyləri birləşdirmək mümkün olsa, Suriyada siyasi nizamlanma üçün yaxşı zəmin yaradıla bilərdi`.




Teqlər:  





Xəbər lenti