Qaçqın düşərgəsində kütləvi dava

Qaçqın düşərgəsində kütləvi dava
  08 Oktyabr 2015    Oxunub:1597
Hamburqdakı qaçqınlar düşərgəsində kütləvi dava düşüb. Bu davada 5 nəfər xəsarət alıb. Hadisə ötən gün Dratelnştrase küçəsindəki binada baş verib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat “Hamburger Mongerpost” qəzetində yer alıb.

Davada əslən Suriyadan və Albaniyadan olan 60-a yaxın qaçqın iştirak edib. Davada təkcə yumruqlardan deyil, bıçaqdan və çarpayı dəmirlərindən də istifadə edilib. Hətta qaçqınların birində odlu silah da olub.

Polisin məlumatına görə, burada çoxluq təşkil edən alban qaçqınlar ümumi duşdan istifadə etmək üçün digərlərindən pul tələb ediblər.

Suriyalılar buna razı olmayıblar və nəticədə dava düşüb.

Hadisə yerinə 30 polis işçisi və 4 təcili yardım maşını gəlib. Xəsarət alanlar arasında 4 nəfər suriyalıdan başqa 1 könüllü də var.

Polis isə 5 nəfər albanı həbs edib.


Teqlər:





Xəbər lenti