6 uşaq anası özünü asdı
Xaçmaz Rayon Prokururluğundan ANS-ə verilən məlumata görə, həyatına qəsd edən Nərgiz Dübərovanın həm maddi problemləri olub, həm də yataq xəstəsi olan ərini itirib. Qızlarından birinin boşanması isə onun yükünü bir az da artırıb. Mərhumun 6 uşağının olduğu bildirilir.
İşlədiyi yerdən cəmi 150 manat əməkhaqqı alan qadının xeyli borcu olub. Maddi sıxıntılara tab gətirməyən qadın çıxış yolunu özünü öldürməkdə görüb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.