`Neftçilər` xəstəxanasında yanğın

`Neftçilər` xəstəxanasında yanğın
  08 Oktyabr 2015    Oxunub:1922
Bakıda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda beşmərtəbəli “Neftçilər” xəstəxanasının zirzəmisində yerləşən, sahəsi 20 kv.m olan 1 otağında yığılmış 5 ədəd “Fujitsu” markalı və 4 ədəd “BEKO” markalı kondisionerlər yanıb.

Otaqda yerləşən 6 ədəd elektrik lövhəsi, 1 ədəd 20 litr olan oksigen balonu və zirzəminin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti