Nalbandayan Bakını “Qarabağ”la hədələdi

Nalbandayan Bakını “Qarabağ”la hədələdi
  08 Oktyabr 2015    Oxunub:4684
`Hərbi əməliyyatlar başlayacağı təqdirdə, Ermənistan “Dağlıq Qarabağ Respublikası”nın tanınması da daxil olmaqla onun təhlükəsizliyinin təmin olunması istiqamətində bütün lazımı addımları atacaq`.
AzVision.az “news.am”-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Naziri Edvard Nalbandayan ölkə parlamentində çıxışı zamanı bildirib.

Nalbandyanın sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrləri atəşkəs rejiminin pozulmasının səbəbkarı haqqında açıq və ünvanlı bəyanatlar səsləndirir və pozuntuların araşdırılması mexanizmi haqqında danışırlar: “Ermənistan bununla razıdır, Azərbaycan isə yox”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti