Parlamentdə partlayış

Parlamentdə partlayış
  08 Oktyabr 2015    Oxunub:2529
Tanınmayan “Kosova” parlamentində müxalif deputat partlayıcı qurğunu işə salıb.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, deputat iclas zamanı gözyaşardıcı qaz olan qumbaranı partladıb. Partlayışdan sonra iclas zalını qara tüstü bürüyüb.

Müxalifətdən olan deputat Kosovo hökumətinin Serbiya ilə münasibətləri normallaşdırmasına etiraz olaraq bu addımı atıb. Hadisə nəticəsində iki deputat yaralanıb. Binadakılar təxliyə edilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti