Miqrant axınına reaksiya: Avstriyada millətçilər güclənir

Miqrant axınına reaksiya: Avstriyada millətçilər güclənir
  11 Oktyabr 2015    Oxunub:1688
Avstriyada yaşanan miqrant böhranı ölkənin siyasi atmosferində sağçılığa meyilliyi artırıb. “Avstriya Azad partiyası” və “Avstriya konservativ” partiyalarının siyasi arenda bir xeyli nüfuzu yüksəlib.

“Avstriya Azad partiyası”nın sədri Hayns-Kristian Ştraxe bir nəfər belə, miqrantın ölkəyə buraxılmamasına çağırışlar edir. Həftə sonu keçirilən sorğu nəticəsində məlum olub ki, “Avstriya Azad partiyası” 31,5% səsə malikdir. Bu isə əvvəlkinə nisbətədən iki qat yüksək faizdir, çünki sonuncu belə yüksək göstərici 5 il bundan əvvəl “Landtaq” seçkilərində qeyd alınıb.

Ümumi nəticədə “Avstriya konvervativ partiyası” 10% səs, Avstriya kansleri Verner Faymanın “Sosialistlər partiyası” isə 7% seçiçi səsini itirməklə geriləyiblər.

Son siyasi dəşikliklərdən görünür ki, iki Avstriya Landtaqında sağçılar, yəni Hayns-Kristian Ştraxenin partiyası təmsil olunacaq. Yaxın zamanda onun Vyana bələdiyə başqanı olacağı da güman olunur. Siyasi ekspertlərin fikirincə, sağçı liderin Vyana bələdiyyə başçısı olması hazırkı kansler Fayman hökumətinə ciddi əngəllər yarada bilər.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti