Netenyahu Almaniya səfərini təxirə saldı

Netenyahu Almaniya səfərini təxirə saldı
  12 Oktyabr 2015    Oxunub:1256
Regiondakı gərgin durumdan dolayı İsrailin baş naziri Benyamin Netenyahu Almaniyaya rəsmi səfərini təxirə salmağa məcbur olub.

Səfərin təxirə salınmasında əsas məsələ kimi regiondakı gərgin savaş atmosfer və İsrail-Fələstin qarşıdurmasının yenidən alovlanması göstərilib.

Almaniyanın federal hökumət sözçüsü Georq Ştrayter də mətbuata açıqlmasında səfərin və ikitərəfli rəsmi görüşlərin yaxın zamanda baş tutacağını söyləyib.

Qeyd edək ki, Netenyahu səfər çərçivəsində Berlində 6 önəmli görüş keçirməli və Almaniyanın ən önəmli şəxslərilə müxtəlif məsələlər ətrafında müzakirələr aparmalı idi.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti