“Bizi yaxşı günlər gözləyir” – OPEK rəhbəri neft haqqında
OPEK rəhbəri eyni zamanda etiraf edib ki, son beş ildə neft ehtiyatlarının həcmi normadan artıqdır.
Əl-Badrinin sözlərinə görə, neft sektoru üçün “yaxşı günlər hələ gələcəkdədir”. Onun proqnozlarına əsasən, 2040-cı ilə qədər dünyada neftə tələbat gün ərzində 110 milyon barelə qədər qalxacaq. OPEK-in məlumatlarına görə, hazırda dünyada gün ərzində 75 milyon barel neft hasil olunur.
Qeyd edək ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,23 dollar artaraq 49,86 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,14 dollar artaraq 52,79 dollar olub.
Eldar Tanrıverdiyev
AzVision.az