Ankarada terror törədənlər məlum oldu

Ankarada terror törədənlər məlum oldu
  12 Oktyabr 2015    Oxunub:8253
“Terroru törədənlərdən birinin “DHKP-C”-nin (“İnqilabçı Xalq Qurtuluş Partiyası - Cəbhəsi”) üzvü olduğunu bilirik”.

AzVision.az xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu deyib. O, qeyd edib ki, terrorçu Kandildə təlimatlandırılıb: “Hazırda texniki araşdırmalar aparılıb. “DHKP-C” və PKK-nı da təqib edirik. Bu üç qruplaşma bizim üçün günahkar olaraq, görülür”.

Qeyd edək ki, ötən şənbə Türkiyənin paytaxtı Ankarada törədilmiş dəhşətli partlayışda ölənlərin sayı 97-yə çatıb. Partlayış nəticəsində ölənlərdən 92-sinin şəxsiyyəti müəyyənləşdirilib. 91 nəfərin cəsədi artıq ailələrinə təhvil verilib.


Teqlər:  





Xəbər lenti