Daha bir ölkə Xocalı ilə bağlı qətnamə qəbul edib

Daha bir ölkə Xocalı ilə bağlı qətnamə qəbul edib
  12 Oktyabr 2015    Oxunub:2308
Qvatemala Konqresində Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edilib
XİN-in mətbuat xidmətindən AzVision.az - a verilən xəbərə görə, Qvatemala Konqresində Azərbaycan Respublikasının suveren ərazisinin istilasını və hərbi işğalını pisləyən, eləcə də münaqişənin beynəlxalq hüquq normalarına və BMT-nin qətnamələrinə uyğun olaraq sülh yolu ilə nizamlanması üçün Ermənistan Respublikasına çağırış edilən qətnamə səs çoxluğu ilə qəbul edilib.

Qəbul edilmiş qətnamədə 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı aktının törədilməsi pislənilir.

Sənəddə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən tərəfləri dialoqa, münaqişənin həlli üçün mexanizm hazırlamağa çağıran və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyü prinsipinə hörməti tələb edən qətnamələrin qəbul edildiyi, Qvatemalanın BMT-yə üzv dövlət kimi beynəlxalq hüquqa hörmət çərçivəsində universal dəyərlərin təmin olunmasına tərəfdar olduğu ifadə edilir.


Teqlər:  





Xəbər lenti