İŞİD lideri xəstəxanaya yerləşdirilib

İŞİD lideri xəstəxanaya yerləşdirilib
  12 Oktyabr 2015    Oxunub:3592
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının lideri Abu Bakr Əl-Bağdadi xəstəxanaya yerləşdirilib.
AzVision.az “BBC”yə istinadən xəbər verir ki, o, İraq Hərbi Hava Qüvvələrinin (HHQ) aviazərbələri nəticəsində yaralanıb.

Qeyd edək ki, ötən gün İraq təyyarələri Əbu Bəkr əl-Bağdadinin avtomobil karvanına havadan zərbələr endirilib.

İraqın Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hava hücumu bu ölkənin Ənbar elinə bağlı Karabilə bölgəsindən həyata keçirilib.

Məlumatda bildirilib: “İraqın kəşfiyyat qurumları, ortaq əməliyyatlar komandiri və İraq hava qüvvələrinin əməkdaşlığı nəticəsində Əbubəkr əl-Bağdadinin də içərisində olduğu avtomobil karvanına hava hücumu həyata keçirilib”.
Kəşfiyyat məlumatlarına görə, Bağdadi və onu müşayiət edən bir neçə komandir Ənbar elindəki məkanda görüşmək məqsədi ilə yola çıxıblar.

Hücum nəticəsində xeyli sayda terrorçunun öldürüldüyü bildirilir.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti