Avropada hər il 4 milyon uşaq yoxa çıxır

Avropada hər il 4 milyon uşaq yoxa çıxır
  12 Oktyabr 2015    Oxunub:2425
Avropa ölkərində hər il təqribən 4 milyonadək uşaq itkin düşür. Onlardan cəmi 116.000 nəfəri tapılıb. Onların müəyyən qismi pis münasibətlərin qurbanı olur. Bəzi hallarda isə uşaqlar valideynləri tərəfindən atılır.

Avropa Birliyi maliyyə komissiyası bu ilin axırınadək mövcud faktla bağlı ciddi işlər görməyi planlaşdırır. Maliyyə komissiyası bildirir ki, hazırkı problemin həlli ilə bağlı yüksək maliyyə xərcləri də tələb olunur.

AzVision.az `Euronews`-a istinadla xəbər verir ki, hər il bu qədər uşağın itkin düşməsi artıq Avropada ciddi məsələ kimi dəyərləndirilir. Bununla əlaqədar 30 təşkilat çalışır. Avropa Parlamenti və “Avropa Liberal-Demokratlar Alinsı”nın üzvü Katerine Berder hökumətləri real problemə ciddi yanaşmamaqda günahlandırır.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti