Məktəbli oğlan qəza törədib öldü

Məktəbli oğlan qəza törədib öldü
  13 Oktyabr 2015    Oxunub:2104
Bərdə rayonunda ağır yol qəzası baş verib.
AzVision.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, rayonun Xəlisli kəndində 15 yaşlı Ziyadzadə Fərid Murad oğlunun idarə etdiyi "Mercedes" markalı, 90 CM 281 nömrə nişanlı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə yeniyetmə sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən F.Ziyadzadə orta məktəbin 9-cu sinif şagirdi olub. Sürücülük vəsiqəsi olmayan məktəbli atasının maşınını idarə edirmiş.


Teqlər:





Xəbər lenti