Rusiya səfirliyinə hücum: Yaralılar var

Rusiya səfirliyinə hücum: Yaralılar var
  13 Oktyabr 2015    Oxunub:3733
Rusiyanın Dəməşqdəki səfirliyi minaatanlardan atəşə tutulub.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyinin əməkdaşı bildirib.

“Suriya paytaxtında yerləşən Rusiya səfirliyi ərazisinə iki mina düşüb. Diplomatik nümayəndəliyin əməkdaşları arasında xəsarət alan yoxdur. Səfirliyə maddi zərbə endirilib”, - deyə mənbə vurğulayıb.

Hadisə şahidlərinin sözlərinə görə, Suriyada Rusiyanın fəaliyyətini dəstəkləyən dinc aksiyanın keçirildiyi yerə yaxın ərazidə iki mina partlayıb: “Onlardan biri əl-Barada idman klubuna, digəri isə əl-Adaviyə düşüb. Yaralılar var. Partlayış ərazisi kənar şəxslər üçün bağlanılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti