Aclıqla bağlı xəbərdarlıq edildi

Aclıqla bağlı xəbərdarlıq edildi
  14 Oktyabr 2015    Oxunub:3464
Hazırda 800 milyon insan xroniki aclıqdan əziyyət çəkir. 1 milyard insan kəskin yoxsulluq şəraitində yaşayır.
Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Jose Graziano da Silva 16 oktyabr - Ümumdünya Qida Günü ilə bağlı dünya ictimaiyyətinə ünvanladığı müraciətində deyib.

BMT-nin Bakı ofisindən virtualaz.org saytına deyiblər ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı 129 ölkədə monitorinq aparıb. Bu ölkələrdən 72-si yoxsulluğun səviyyəsini azaltmağa nail olub.

Davamlı tədqiqatlar göstərir ki, sosial müdafiə tədbirlərinin aclıq və kasıblığın azaldılmasında rolu var. Bu cür tədbirlər təxminən 150 milyon insanı kəskin kasıblıq vəziyyətindən çıxarıb.

Dünyanın kasıb və ac əhalisinin əksər hissəsi gündəlik tələbatlarını kənd təsərrüfatı vasitəsilə ödəyən kəndlilərdir.

Dünyadakı kasıb və ac əhalinin əksər hissəsinin kənd yerlərində yaşadığını və kənd təsərrüfatından asılı olduğunu nəzərə alsaq, sosial müdafiənin kənd təsərrüfatının inkişafı ilə uyğunlaşdırılması daha məqsədəuyğun görünür.

Bu üzdən də FAO builki Ümumdünya Qida Gününün mövzusu kimi sosial müdafiə və kənd təsərrüfatı sahələrini seçib.

BMT-nin Bakı bürosundan xatırladıblar ki, Azərbaycan son zamanlar FAO ilə əməkdaşlığı gücləndirib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva FAO-nun milli və regional səviyyədə xoşməramlı səfiri seçilib. Azərbaycan isə yoxsulluğun səviyyəsinin azalmasında irəliləyişə nail ola bilib.


Teqlər:





Xəbər lenti