Ankara terrorunun gizli məqamları açılır

Ankara terrorunun gizli məqamları açılır
  14 Oktyabr 2015    Oxunub:3891
Türkiyənin paytaxtı Ankara şəhərində 97 nəfərin ölümünə səbəb olan terrorun bəzi təffərüatları məlum olub.

AzVision.az “Milliyət” qəzetinə istinadən xəbər verir ki, terror aktının şahidi olan və adı açıqlanmayan 15 yaşlı qız partlayışı törədən şəxslər barədə ətraflı məlumat verib.

O, qeyd edib ki, kamikadzelər olduğu ehtimal edilən şəxslər partlayışdan əvvəl ərazidə yerləşən məscidin ayaqyolusuna gedib. Daha sonra oradan iki hicablı qadın çıxıb içəridə isə daha dörd nəfər qalıb. Onun bildirdiyinə görə, həmin 4 nəfər öz aralarında kürdcə danışıblar. “Onlar bir-birlərinə nəsə deyirdi. Onların C4-dü vardı. Lakin normal istifadə etməyi bacarmırdılar. Həmin bombanı dostumun üstünə atmışdılar. Dostum isə parça-parça oldu. Bircə başı qalmışdı. O da ayağımın altında idi.



Quraşdırdıqları bombaları qara əski ilə bağladılar. Biri də onu üstünə bağladı. Onların bel çantaları da var idi. Biz (ölən dostu) onları görüb çıxdıq. Polislərə gördüyüm adamlar barədə xəbər versəm də onlar məni dinləmədi. Dördü içəridə idi, dördü çöldə. Hamısı bir istiqamətdə getdi. “Canlı bomba” idilər. Biri arxada partlatdı. Digəri hovuzun içində. O birisi isə HDP-lilərin içində”

Qız deyib ki, terror aktı baş verdikdən sonra sağ qalan kamikadzelər ölən şəxslərin ət parçalarını üzlərinə sürtüb özlərini yaralı kimi göstərdilər. Daha sonra hamısı eyni istiqamətdə getdilər.

Qeyd edək ki, terrordan sonra Türkiyədə İŞİD qruplaşmasının 21 üzvünün siyahısı yenidən gündəmə gəlib. Onlardan 6-sı qadın, 15-i kişidir. İddiaya görə onların 18-i Türkiyənin Adıyaman bölgəsindəndir. Qadınlardan 3-ü əcnəbidir. Bu qadınlar qrupdakı kişilərlə evlidir. “Canlı bomba” kimi adlandırılan siyahıda azərbaycanlı qız Ülkər Məmmədovanın da adı var.



Məlumata əsasən, 21 nəfər 2013-cü ildə Adıyamanda çay evinə toplaşıb və 2014-cü ilin ikinci yarısında Suriyaya keçərək İŞİD-ə qoşulublar. Ailə üzvləri şikayət etdikdən sonra bu adamlar “Terror xarakterli itkinlər” siyahısına daxil edilib və onların axtarışı elan olunub.




Teqlər:  





Xəbər lenti