Ankaradakı dəhşətli terroru PKK törədib

Ankaradakı dəhşətli terroru PKK törədib
  14 Oktyabr 2015    Oxunub:2021
Türkiyənin paytaxtı Ankarada terror aktı törədən hər iki terrorçu kamikadzenin kimlikləri müəyyənləşib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, terror aktını Yunus Emre Alagöz və Ömər Dəniz Dündar törədib.

Xəbərdə bildirilib ki, hər iki terrorçu ayrı-ayrı avtomobillərdə Türkiyənin Qaziantəp bölgəsindən Ankaraya gəlib.

Partlayıcıları adı və soyadı tam açıqlanmayan Y.Ş.-nın hazırladığı müəyyən edilib. Hüquq-mühafizə orqanları terrorçuları Ankaraya gətirən avtomobillərin sahiblərini və Y.Ş.-nı Qaziantəpdə həbs edib. Terrorçuların şəxsiyyətləri dəmiryol vağzalında qoyulan kameraların vasitəsi ilə təsbit edilib. DNT analizindən sonra onların kimliyi müəyyənləşdirilib.

Qeyd edək ki, oktyabrın 10-da Ankaranın dəmiryol stansiyasının yaxınlığında terror aktı törədilib. İki terrorçu kamikadzenin özlərini partlatması nəticəsində 97 nəfər ölüb, 500 nəfərədək insan yaralanıb.


Teqlər:





Xəbər lenti