Martin Şults daha çox pul istəyir

Martin Şults daha çox pul istəyir
  14 Oktyabr 2015    Oxunub:1904
Avropa Parlamentinin prezidenti Martin Şults birlik ölkərinin bəzilərinin miqrant böhranı ilə bağlı vahid mövqe sərgiləməməsindən dolayı problemin həlli üçün kifayət qədər məbləğin ayırlmadığından şikayətlənib.

O, bildirib ki, bəzi AB ölkəri ittifaq daxilində yekdil fikir ortaya qoymurlar. Problemə Birlik şərtlərindən deyil, əksinə, milli dövlət prizmasından yanaşırlar. O, əlavə edib ki, Macarıstan miqrasiya problemini daha da kritik həddə çatdırır.

Şults onu da deyib ki, Avropa Birliyi ölkələri hazırkı miqrasiya probleminin həlli üçün kifayət qədər maddi imkanlar ayırmalıdır ki, qaçqınların hazırkı təhsil, sığınacaq, sosial və mədəni xərclərini tam qarşılamaq mümkün olsun.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti