Rusiyaya görə müharibə başlaya bilər – İslam Kərimov

Rusiyaya görə müharibə başlaya bilər – İslam Kərimov
  15 Oktyabr 2015    Oxunub:3192
Əgər Qırğızıstanın sərhədyanı çaylarında Rusiyanın köməkliyi ilə hidroelektrik stansiyasının tikintisi davam etdirilsə, Mərkəzi Asiyada müharibə başlaya bilər.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Özbəkistan prezidenti İslam Kərimov çıxışı zamanı bildirib. Onun sözlərinə görə, stansiyanın tikintisi nəticəsində Aral dənizi quruya bilər.

“Mərkəzi Asiya ölkələrində su resurslarının idarə olunması genişmiqyaslı müharibə ilə nəticələnə bilər. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan ərazilərindən axan çaylar üzrə enerji layihələri ilə bağlı razılaşdırılmış mövqe lazımdır”, - deyə Özbəkistan prezidentinin mətbuat xidməti xəbər yayıb.

Kərimov hesab edir ki, gələcəkdə Mərkəzi Asiyada su elektrik problemləri o, həddə çata bilər ki, “nəyin ki, qarşıdurmalar, hətta müharibə ilə sonlana bilər”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti