Putin və Nazarbayev Xəzəri böldü

Putin və Nazarbayev Xəzəri böldü
  15 Oktyabr 2015    Oxunub:3359
Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Nursultan Nazarbayev Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsinə dair sənədi imzalayıblar.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, sənəd Rusiya prezidentinin Astanaya səfəri çərçivəsində iki ölkə prezidenti arasında bu gün keçirilən görüşün yekununda imzalanıb.

Sənəd 6 iyul 1998-ci ildə əldə olunmuş yeraltı sərvətlərin istifadəsi ilə bağlı anlaşma sənədindəki suveren hüquqların təmin olunmasını nəzərdə tutur. Tərəflər arasında razılaşma həmçinin, “Çenteralnaya” neft strukturunun birgə işlənməsini də tənzimləyir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti