“Vor zakon”lar Azərbaycan göyərtisi uğrunda savaşır

“Vor zakon”lar Azərbaycan göyərtisi uğrunda savaşır
  15 Oktyabr 2015    Oxunub:20771
Rusiya paytaxtı Moskvada hüquq-mühafizə orqanları əməkdaşları “Bolshoy Filevsk” restoranında “sıxodka”ya toplaşan 9 kriminal avtoriteti həbs edib.

AzVision.az “Lifenews”-a istinadən xəbər verir ki, “vor zakon”lar Azərbaycandan Rusiyaya gətirilən göyərti məhsulları uğrunda yezid və gürcü qruplaşmaları arasında yaranan münaqişəni həll etmək istəyiblər.

Hüquq mühafizə orqanlarının həbs etdiyi “avtoritet”lər arasında Qvarmiya Mahare, Nuqzar Torçinov, Roman Musus Lomtadze, Şalva Xuçua və Vitali İzqilovda kimi “vor zakon”lar var.

Ded Hasanın ölümündən sonra ona tabe olan yezidlərlə gürcü klan arasında münaqişə yaranıb. Daxili çəkişmələr vaxtılə güclü olan bu klanı zəiflədib və başqa qruplaşmalarla münaqişələrin yaranması ilə nəticələnib.

Məlumata əsasən gürcülər və yezidlər Rusiya paytaxtında Azərbaycandan gələn göy-göyərti məhsullarına nəzarət edir, ev və əxlaqsızlıq yuvalarını himayə edir, həmçinin, gömrükdən müsadirə olunan malların satışını reallaşdırırlar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti