Elnarə Salmanova Azərbaycana qaçmayıb

Elnarə Salmanova Azərbaycana qaçmayıb
  15 Oktyabr 2015    Oxunub:2313
Yekaterinburq vəkili Elnarə Salmanovanın ev dustaqlığından qaçmasına dair “UralPolit.Ru”da dərc edilən məqalədən sonra yaranan rezonans bu əhvalatın təfərrüatlarını üzə çıxarmağa yardım edib.
AzVision.az Oxu.Az istinadən xəbər verir ki, aydın olub ki, şübhəli bilinən şəxs hələ də ev dustağıdır və onun qaçışı haqqında şayiələr əsassızdır.

“Həqiqətən Salmanovanın yanına Azərbaycandan qonaq gəlib. Gələn adamın adı və soyadı onunla eynidir. O, geri qayıtmaq üçün bilet alarkən “Magistral” elektron bazasına həyəcan siqnalı keçib.

Onun Rusiyadan çıxışını məhdudlaşdırmaq istəyiblər, belə ki, onlar həbs olunmuş şəxsin ölkədən çıxmaq istədiyini düşünüblər. Daha sonra işin nə yerdə olduğu anlaşılıb. Amma şayiələr qaldı və getdikcə böyüməyə başladı”, - “UralPolit.Ru”dan olan mənbə bildirib.

Qeyd edək ki, Salmanova “işlər həll edirdi” adlı işin fiqurantıdır. Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk üzrə İdarəsinin əməliyyatçıları onu polis müstəntiqinə 50 min rubl - həcmi altı dəfə böyük olan rüşvətin birinci hissəsini verərkən saxlayıblar.

Rusiya İstintaq Komitəsinin vilayət İstintaq İdarəsinin rəsmi məlumatına görə, söhbət Salmanovanın müştərilərinin birinin anasının yığdığı və müştərisinin narkotiklərin qanunsuz dövriyyəsinə dair cinayət işinin təsnifləşdirilməsinin dəyişdirilməsi üçün nəzərdə tutulmuş 300 min rubldan gedir.

Müstəntiq rüşvətdən imtina edib və ona edilən təklif barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin region üzrə idarəsinin əməkdaşlarına bildirib, daha sonra vəkil və onun əlbiri saxlanılıb.

“UralPolit.Ru”dan olan mənbənin məlumatına əsasən, Elnarə Salmanova dərhal müstəntiqlərlə işbirliyinə razılaşıb və günahını etiraf edib. İkincisi, o polis müstəntiqinə rüşvət verməyə cəhd etdiyini etiraf edib.

Bir neçə dindirmədən sonra o, ədalət məhkəməsinin nümayəndələri olan Yekaterinburq rayon məhkəməsi işçilərinə rüşvət verdiyini və müttəhimlərin problemlərinin həlli üçün fəaliyyət göstərən sistem haqqında danışıb. Belə ki, Salmanovanın sözlərinə görə, bu sxemdə vəkillər, müxtəlif idarə müstəntiqləri və hakimləri fəaliyyət göstərir.


Teqlər:  





Xəbər lenti