Türkiyədə kütləvi həbslər başladı - Ankara faciəsi

Türkiyədə kütləvi həbslər başladı - Ankara faciəsi
  15 Oktyabr 2015    Oxunub:2820
Oktyabrın 10-da Ankarada törədilmiş terror aktı ilə bağlı 10 nəfər həbs edilib.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib. O, qeyd edib ki, iki gün ərzində hüquq-mühafizə orqanlarının apardığı araşdırma nəticəsində törədilən cinayətdə şübhəli bilinən 10 nəfər həbs edilib.

O, baş verən qanlı hadisə ilə bağlı araşdırma aparıldığından yaxalanan şəxslər barəsində ətraflı məlumat verə bilməyəcəyini diqqətə çatdırıb: “Lakin onların kimliyi mütləq ictimaiyyətə açıqlanacaq. Bu hadisənin arxasında duran aktyorlar məlum olana qədər işimizi davam etdirəcəyik. Vətəndaşlar bilsin ki, bu terroru törədənlər mütləq ifşa olunacaq. Bundan sonra isə lazımı tədbirlər atılacaq”.


Teqlər:  





Xəbər lenti