Qonaqların açılışla bağlı xoş sözlərindən sonra, tamaşaçılara “D`S Damat”ın yeni payız kolleksiyası göstərilib. Son dəbə uyğun və zövqlü kişi geyimlərinin lider markalarından biri olan D`S Damat bu dəfə də izləyicilərini maraqlı təqdimatı ilə təəccübləndirməyi bacardı. Tamaşadan sonra qonaqlara canlı musiqi sədaları altında içkilər və qəlyanaltı təqdim olundu.
Tədbirdə iştirak edən D`S Damat markasının sahibi, ORKA holdinq şirkətlər qrupunun prezidenti cənab Süleyman Orakçıoğlu Bakıda ikinci mağazanın açılmasından məmnunluğunu bildirib. O, genişlənən Azərbaycan bazarında daha bir neçə mağazanın fəaliyyətə başlamasının gələcək planlarından biri olduğunu vurğulayıb.