Bakıya gələn reyslər dəyişdi - Rusiyanın hücumu

Bakıya gələn reyslər dəyişdi - Rusiyanın hücumu
  16 Oktyabr 2015    Oxunub:3127
Almatı-Bakı aviareysinin uçuş marşrutu dəyişib.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstanın “Air Astana” aviaşirkəti məlumat yayıb. Məlumatda deyilir ki, Rusiya hərbi gəmilərindən raket atışı üçün Xəzər dənizindən istifadə etdiyinə görə, təyyarələrin aviareysləri Xəzər dənizinin üzərindən keçməməklə həyata keçiriləcək:

“Bununla bağlı Rusiya tərəfinə də rəsmi müraciət olunub. Çünki, yeni uçuş marşurutu Rusiya ərazisindən baş tutacaq. Həmçinin yaxın vaxtlarda Almatı-Tiflis və Almatı-İstanbul aviareyslərinin uçuş marşrutları da dəyişə bilər. Biz əlbəttə sərnişinlərdən buna anlayışla yanaşmalarını xahiş edirik, çünki bu uçuşların təhlükəsizliyi üçün həyata keçirilən tədbirdir” - deyə məlumatda qeyd olunur.

Məlumata əsasən, hal-hazırda “EyrAstana” Rusiya Federasiyasının ərazisindən keçəcək bu marşrutlar üçün icazə gözləyir. Aviaşirkətdə bəyan ediblər ki, Almatı-Bakı reysinin uçuş müddəti trayektoriya artdığı üçün artıb, yanacaq sərfi də artıb, amma bu biletlərin qiymətində öz əksini tapmayacaq.

Qeyd edək ki, Rusiya Suriya ərazisində fəaliyyət göstərən İŞİD terrorçu qruplaşmanın strateji obyektlərini vurmaq üçün Xəzər dənizində yerləşən hərbi gəmilərindən istifadə edir.


Teqlər:  





Xəbər lenti