Putin İŞİD-də döyüşənlərin sayını açıqladı

Putin İŞİD-də döyüşənlərin sayını açıqladı
  16 Oktyabr 2015    Oxunub:2940
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, hazırda İŞİD-in tərkibində 5-7 min aralığında Rusiya və MDB ölkələrinin vətəndaşı vuruşur.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Putin MDB ölkə başçılarının Qazaxıstanda keçirilən iclası zamanı bildirib.

Putin çıxışı zamanı beynəlxalq terrorizm mövzusuna da toxunub.

“MDB çərçivəsində beynəlxalq terrorizmə qarşı mübarizə fəaliyyəti aktivləşib. Müxtəlif məlumatlara görə, İŞİD qruplaşmasının sıralarında Rusiya və MDB-dən olan 5-7 min arasında yaraqlı vuruşur. Əlbəttə, biz onlara Suriyada aldıqları təcrübəni daha sonra evlərimizdə tətbiq etməsinə imkan verməyəcəyik”.

İclasın sonunda MDB dövlət başçılarının beynəlxalq terrorizmə qarşı birgə bəyannaməsi qəbul olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti