İşdə pornoya baxmağa icazə verildi

İşdə pornoya baxmağa icazə verildi
  16 Oktyabr 2015    Oxunub:2658
İtaliyanın Ali Məhkəməsinin qərarına əsasən işçilər nahar fasiləsi zamanı işdə pornoqrafiyaya baxa bilərlər.
AzVision.az “Lenta.ru”ya istinadən xəbər verir ki, müxtəlif müəssisələrin əməkdaşları fasilə zamanı istənilən işlə məşğul ola bilərlər. Qərara əsasən işçilərin gördükləri iş onların fəaliyyətinə mane olmamalıdır.

Bununla da, Ali Məhkəmə daha əvvəl iş kompüterində pornoya baxdığına görə işdən çıxarılan “FİAT” avtomobil zavodunun əməkdaşı barədə qərar verən aşağı instansiyanın qərarını ləğv edib.

İşçinin şkafına baxış keçirilən zaman oradan böyüklər üçün daha iki film aşkarlanıb. Hadisə 2008-ci ildə baş verib. Pornoya baxan zaman yaxalanan işçi heç kimə mane olmadığını bildirib.

Bu iş üzrə məhkəməyə 2010-cu ildə müraciət olunmasına baxmayaraq, qərar yalnız bu günlərdə verilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti