Suriyada iki azərbaycanlı ailə öldürüldü

Suriyada iki azərbaycanlı ailə öldürüldü
  16 Oktyabr 2015    Oxunub:3049
Naməlum təyyarələrin aviazərbələr endirməsi nəticəsində Suriyanın Deyr-Əz-Zor vilayətində uşaqlarla birgə iki azərbaycanlı ailə öldürülüb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Syrian Observatory for Human Rights” təşkilatının yaydığı məlumatda bildirilir. Məlumata əsasən zərbələr Deyr-Əz-Zor vilayətinin Mayadin qəsəbəsinə endirilib. Bu zamanı Azərbaycandan olan iki qadın 6 uşaqla birgə öldürülüb.

Qeyd edək ki, Mayadin qəsəbəsi İŞİD terror təşkilatının nəzarətindədir. Azərbaycanlı ailə Mayadının mərkəzində binanın uçması nəticəsində ölüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti