“Qarabağın həllindən utanaraq yayınırıq” - Lukaşenko
AzVision.az “Belta” agentliyinə istinadən xəbər verir ki, Qazaxıstanda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilmiş iclasında çıxış edən A.Lukaşenko deyib ki, MDB əsas problemlərin həlli istiqamətində müvafiq addımlar atmalıdır: “ Problemin həlli kimdən aslıdırsa onunla danışıqlar aparılmalıdır. Yoxsa əməkdaşlığımızın sonu olar.”
O, qeyd edib ki, Dağlıq Qarabağ, Dnestryanı və Ukraynadakı münaqişələri həll etməklə təşkilatın nüfuzu olacaq və ona tələbat artacaq:
“Biz hətta bu məsələlərdən utanaraq yayınırıq. Sanki vərdiş etmişik ki, amerikalılar, Avropa İttifaqı və kimsə “güclü day-day” gələrək bizə bu problemi hansı istiqamətdə həll etməyi göstərəcək və ya onu bizim yerimizə həll edəcək. Hazırda postsovet məkanında müzakirələr yolu ilə problemlərin həlli üçün dərin və münbit şərait yaranıb”.