Türkiyə sərhədi keçən təyyarəni vurdu

Türkiyə sərhədi keçən təyyarəni vurdu
  16 Oktyabr 2015    Oxunub:2938
Türkiyə Hərbi Hava qüvvələri (HHQ) ölkə sərhədlərini pozan pilotsuz uçan aparatı vurublar.
AzVision.az-ın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı xəbər yayıb.

“Bu gün bizim hava məkanımızda uçan pilotsuz təyyarə aşkarlanıb. Üç dəfə xəbərdarlıq etməyimizə baxmayaraq aparat uçuşu davam etdirib. Sərhədlərimizdə patrul aparan təyyarələr atəş açaraq onu vurublar”, - deyə Baş Qərargahın yaydığı məlumatda bildirilir.

Baş Qərargahın yaydığı məlumata görə, ölkə hakimiyyəti bundan sonra hava sərhədlərinin pozulmasına göz yummayacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti