Bundestaq “erməni soyqırımı” layihəsini təxirə saldı
Məlumatda bildirilib ki, Almaniya parlamentində təmsil olunan partiyaların fraksiyaları Osmanlı dövründə türklər tərəfindən ermənilərə qarşı soyqırımı törədildiyi iddia edilən layihənin ikinci və üçüncü oxunuşunun qeyri-müəyyən müddətədək təxirə salınmasına yekdilliklə səsveriblər.
Hökumət partiyalarının xarici siyasət məsələləri üzrə sözçüləri bu qərarı şərh etmək istəməyiblər.
"Der Spiegel" isə öz mənbələrinə əsaslanaraq bu qərarın arxasında Türkiyənin lazımsız yerə qəzəbləndirilməməsi istəyinin dayandığını qeyd edib.
Teqlər: