Lənkəranı su basdı - 18 nəfər xilas edildi

Lənkəranı su basdı - 18 nəfər xilas edildi
  17 Oktyabr 2015    Oxunub:2055
Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəran rayonunda baş verən subasma ilə bağlı məlumat yayıb.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, yağan intensiv leysan xarakterli yağışlar nəticəsində Lənkəran rayonu, Bürcəli kəndində bəzi evlərin həyətyanı sahələri və zirzəmiləri su ilə dolub.

Fövqəladə Hallar Nazirliyinin Cənub regional mərkəzinin xilasediciləri və Dövlət Sularda Xilasetmə Xidmətinin “Cənub” dalğıc-axtarış qrupu əraziyə cəlb olunub. Xilasedicilər tərəfindən ümumilikdə 5 ailə, o cümlədən 18 nəfər xilas olunaraq təhlükəsiz əraziyə təxliyyə olunub.

Əməliyyat saat 03:32 də başa çatıb.


Teqlər:  





Xəbər lenti