Rusiyada dörd terrorçu məhv edildi
“Anti-terror rejiminin tətbiq olunduğu Noviy Kuruş, Boayurt və Sadovoe kəndləri arasında yerləşən istehkamda bu gün səhər saatlarında dörd terrorçu aşkarlanaraq, məhv edilib”, - deyə mənbə bildirib.
Agentliyin mənbəsinin sözlərinə görə, öldürülən şəxslərin Xasavyurt rayonu Noviy Kuruş kənd məscidinin imamının öldürülməsində əli ola bilər.
Qeyd edək ki, imam sentyabrın 9-u öldürülüb.
Eldar Tanrıverdiyev
AzVision.az