`Obama` 10 dəqiqəyə 1,5 min dollar qazanır

`Obama` 10 dəqiqəyə 1,5 min dollar qazanır
  18 Oktyabr 2015    Oxunub:1742
ABŞ prezidenti Barak Obamanın çinli oxşarı aktyor Syao Çziqo 10 dəqiqəlik çıxışına görə 1,5 min dollar pul alır.
Bu barədə Oxu.Az NBC News-a istinadən xəbər verir.

“Mən havalar isti olduğundan saçlarımı kəsdirdim. ABŞ prezidenti barədə xəbərləri izləyən yoldaşlarımdan biri mənim Obamaya oxşadığımı dedi”, - Çziqo danışıb.

Çinli aktyor qeyd edib ki, həmin zaman o hətta Obamanın kim olduğunu bilmirdi.

Çziqo 2012-ci ildə Chinese Dream Show verilişində iştirak etdikdən sonra məşhur olub.


Teqlər:





Xəbər lenti