Türkiyə daha iki şəhid verdi

Türkiyə daha iki şəhid verdi
  19 Oktyabr 2015    Oxunub:1585
Türkiyənin Tunceli-Pülümür avtomobil yolunda əvvəlcədən basdırılmış partlayıcının işə düşməsi nəticəsində yolda təhlükəsizlik xidməti aparan iki hərbiçi şəhid olub, ikisi yaralanıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, partlayış oktyabrın 18-də yerli vaxtla saat 11.00 radələrində baş verib.

Yaralı hərbiçilər helikopter vasitəsilə hospitala çatdırılıblar.


Teqlər:





Xəbər lenti