Tanınmış müğənni intihar etdi

Tanınmış müğənni intihar etdi
  19 Oktyabr 2015    Oxunub:5743
Türkiyədə `Ankaralı Namiq` adı ilə tanınan sənətçi Namiq Uğurlu intihar edib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, yaxınları ilə gəzintidən evə gələn sənətçi həyat yoldaşına “yaxşı deyiləm” dedikdən sonra yaşadığı binanın 7-ci mərtəbəsindən özünü atıb.

Xəstəxanaya çatdırılan Namiq Uğurlunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, "Ankaralı Namiq" sentyabrın 19-u qəzaya düşmüşdü. Avtomobili qayaya çırpılan sənətçi həyat yoldaşı Nebahat Uğurlu ilə ağır yaralanmışdı.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti