Türkiyədə uşaqlar İŞİD-ə satılır - 30 min dollara

Türkiyədə uşaqlar İŞİD-ə satılır - 30 min dollara
  19 Oktyabr 2015    Oxunub:3022
Türkiyədə İstanbul Terrorla Mübarizə İdarəsi Suriyada İŞİD-in tərkibində döyüşmək üçün hazırlanan qrupun üzvlərini həbs edib.
AzVision.az türk mediasına istinadən xəbər verir ki, ötən gecə qrupun yaşadığı evdə əməliyyat keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları 24-ü azyaşlı olmaqla 53 nəfəri həbs edib.



Evdə aparılan yoxlama zamanı Suriyanın müxtəlif bölgələrinin xəritələri, İŞİD terror qruplaşmasının yerləşdiyi ərazilər olan müfaviq sənədlər ələ keçirilib. Sənədlərdə göstərilib ki, hazırlanan uşaqların İŞİD-ə təhvil veriləcəyi təqdirdə qrupun rəhbərlərinə 20-30 min dollar arası pul veriləcəkmiş.



Qrupun üzvləri kirayə tutuduqları evdə azyaşlılara “İslam dövlət”inin qanunları və döyüş taktikasını əyani üsülla öyrədiblər. Araşdırma zamanı məlum olub ki, Özbəkistan və Tacikistan dövlətinin vətəndaşları olan qrupun üzvləri azyaşlıları qeyri-qanuni yolla ölkəyə gətirib və Suriyada döyüşmək üçün hazırlayıblar. Faktla bağlı araşdırma adavam edir.




Teqlər:  





Xəbər lenti