Kürdlər Ərdoğanla Putini üz-üzə qoyur

Kürdlər Ərdoğanla Putini üz-üzə qoyur
  20 Oktyabr 2015    Oxunub:2529
Bu gün Rusiya paytaxtı Moskvada kürd nümayəndəliyinin açılması məsələsi müzakirə olunacaq.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Suriyanın ən nüfuzlu partiyası olan “Kürdüstan Demokratik Birliyi”nin (KDP) nümayəndə heyəti Rusiya XİN-də bir sıra görüşlər keçirəcək.

Kürdlərin fikrincə, Moskvada nümayəndəliklərinin açılması Suriyanın şimalında İraq və Şam İslam Dövləti (İŞİD) qarşı mübarizədə koordinasiyaya kömək edə bilər.

KDP-nın Rusiyada səlahiyyətli nümayəndəsi Əli Məhəmməd Abd Salam bəyan edib ki, Rusiya tərəfi hələ ki, kürdlərlə İŞİD-ə qarşı koalisiyada iştirak etmək məsələsini müzakirə etməyib.

“Biz Rusiyanın İŞİD-ə qarşı istənilən ffəaliyyətini dəstəkləyirik, lakin bu fəaliyyət “Əl-Qaidə”, “Əhrar əş-Şam” və “Cəbahat ən-Nusra”ya qarşı da olsa daha yaxşı olar: Onlar bizim üçün eyni cür təhlükə mənbələridir”, - deyə Abd Salam bildirib.

Bu arada Rusiyanın “Kommersant” qəzeti türk mənbələrinə istinadən xəbər yayıb ki, nümayəndəliyin açılmasına Ankara tərəfindən sərt cavab veriləcək. Bu arada mənbə vurğulayıb ki, Türkiyə Rusiya ilə kürdlərin münasibətləri möhkəmləndirəcək istənilən qərara qarşıdır”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti