Sevgilisini öldürən idmançı azadlıqda

Sevgilisini öldürən idmançı azadlıqda
  20 Oktyabr 2015    Oxunub:2059
Məşhur cənubi afrikalı atlet Oskar Pistorius azadlığa buraxılıb.
AzVision.az xəbər verir ki, idmançı cəzasını ev dustağı kimi keçirəcək.Cənubi Afrika qanunlarına görə, məhkumlar aldıqları həbs cəzasının altıda bir hissəsini həbsxanada keçirdikdən sonra bəzi şərtlərlərlə sərbəst buraxıla bilir.

Qeyd edək ki, Cənubi Afrika Respublikası məhkəməsinin bu qərarı bu gündən - yəni oktyabrın 20-də qüvvəyə minib. Paralimpiya oyunlarının 6 qat qalibi, yüngül atlet Oskar Pistorius rəfiqəsi Riva Stinkampı bilməyərəkdən öldürməkdə təqsirli bilinərək, 5 il müddətinə həbs cəzası alıb.



Oskar Pistoriusun ev dustaqlığına Riva Stinkampın ailəsi razılığ bildirsə də, sevgilisinin qətlini əvvəlcədən planlaşdırdığını iddia edən prokurorluq onun qəsdən adam öldürmə maddəsi ilə ittiham olunmasını tələb edir. Noyabr ayının əvvəllərində Cənubi Afrika Respublikasının Ali Appelyasiya Məhkəməsində prokurorluğun protestinə baxılacaq. Əgər məhkəmə Pistoriusun sevgilisini qəsdən öldürdüyü qərarını qəbul etsə, o zaman Pistorius ən azı 15 il azadlıqdan məhrum ediləcək.

Model Riva Stinkamp 2013-cü ilin fevralında öldürülmüşdü. Oskar Pistorius öz rəfiqəsini evə girən oğru zənn edərək bilməyərəkdən öldürdüyünü iddia edir.


Teqlər:  





Xəbər lenti