`Sərhəddə divar çəkməliyik` – Almaniya polisi

`Sərhəddə divar çəkməliyik` – Almaniya polisi
  20 Oktyabr 2015    Oxunub:2069
Almaniya polisi mühacirlərin qarşısını almaq üçün ölkə sərhədlərinə divarların çəkilməsini tələb edir.

AzVision.az “Ştern” nərşrinə istinadən bildirir ki, Almaniyanın miqrant daxil olan istiqamətdən sərhədlərinə təcili divarın çəkilməsi fikrini alman polisinin yüksək çinli nümayəndələrindən biri Rayner Vent səsləndirib.

Ölkə daxilində sosial narazılığın günbəgün artığını diqqətə çatdıran polis idarəsinin baş rəisi Almaniyaya axışan mühacirlərin qarşısını yalnız divar çəkməklə ala biləcəklərini qeyd edib.

Avstriya, Macarıtan, Xorvatiya və Slovakiya kimi ölkələrin miqrantları qəbul etməməsi, əksinə, Almaniyaya yönləndirməsinin ölkə daxilində artıq çox ciddi acınacaqlı duruma yol açdığına, xaos yaratdığına dair xəbərdarlıq edən alman polis rəhbəri bildirib ki, ölkəyə axışan qaçqın kütləsi əhali arasında getdikcə daha çox etirazlara səbəb olur.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti