Türkiyə daha bir pilotsuz aparatı vurdu

Türkiyə daha bir pilotsuz aparatı vurdu
  20 Oktyabr 2015    Oxunub:2682
Türkiyə -Suriya sərhədində daha bir uçan pilotsuz aparat (UPA) vurub.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, UPA Türkiyənin Hatay vilayətində Kumlu rayonu ərazisində yerə düşüb.

Təhlükəsizlik qüvvələri hadisə yerində təcili əməliyyatlar keçirməyə başlayıb.

Qeyd edək ki, oktyabrın 16-ı Türkiyə Hərbi Hava qüvvələri (HHQ) ölkə sərhədlərini pozan pilotsuz uçan aparatı vurmuşdular.

Elə həmin vaxt Türkiyə Baş Qərargahın yaydığı məlumata görə, ölkə hakimiyyəti bundan sonra hava sərhədlərinin pozulmasına göz yummayacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti