61 nəfər insan alverinin qurbanı olub

61 nəfər insan alverinin qurbanı olub
  21 Oktyabr 2015    Oxunub:2050
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən bu il 61 insan alveri qurbanına yardım göstərilib.
AzVision.az xəbər verir ki, bu barədə virtualaz.org saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

E.Babayev deyib ki, 43 nəfər Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilib. 18 nəfər isə insan alverinin qurbanına çevrilmək təhlükəsi olan şəxslərdir. İnsan alverinin qurbanı olan 5 nəfər sığınacaqla təmin edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti