Azərbaycanda QHT rəhbəri qəzada öldü

Şəki şəhər sakini, 1975-ci il təvəllüdlü İlqar İlyas oğlu İlyaslı idarə etdiyi “Chery” markalı 90-KR-371 dövlət nömrə nişanlı minik avtomobillə ilə İsmayıllı rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb.
Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan İlyas İlqarlı Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.
Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
Qeyd edək ki, qəza nəticəsundə dünyasını dəyişən İlyas İlqarlı Maarifçi Gənclər İctimai Birliyinin sədridir.(Apa)