`İntellektual verilişlərin olmasını istəyirəm`

`İntellektual verilişlərin olmasını istəyirəm`
  24 Oktyabr 2015    Oxunub:1981
Teleaparıcı Şəbnəm Naibli suallarımıza cavab verir:

- Mediada neçə ildir fəaliyyət göstərirsiniz?

- Üç ildir tv aparıcı kimi fəaliyyət göstərirəm.

- Hansı formatda verilişlər aparmısınız?
- Hesabat xarakterli verilişlər aparmışam, birdə şou verilişləri aparmışam.

- Bu günlər TV-lərimizdə gedən verilişlər bir aparıcı olaraq sizi qane edirmi?
- Xeyr bu gün TV-lərimizdə gedən verilişlər məni qane etmir. Verilişləri iki yerə ayrmaq olar. Bunlardan bir dəstəsi ailə-məişət zəminində olan problemləri qabardır, digəri isə şou xarakterli verilişlərdi ki, bunlar da sanki, palatka toylarıdır. Hər ikisinə qarşıyam və onların yerinə intellektual verilişərin olmasını istəyirəm.

Tamaşaçılar da təsdiq edər ki, tv-lərimizdə savadsız və özünü apara bilməyən aparıcılar çoxluq təşkil edir. Bunun da əsas səbəbi odur ki, bu cür aparıcılar sponsor gətirir deyə, tv rəhbərləri onlara veriliş açmağa şərait yaradır. İstərdim ki, kanal rəhbərləri süni reytinq və sponsor dalısınca qaçmaqla yanaşı, səviyyəli və intellektual aparcılara üstünlük versinlər.

- MTRŞ bəzi verilişlərin bağlanması ilə bağlı qərar qəbul edib...

- Düzgün qərardır. Ümid edirəm ki, bu qərardan sonra intellektual verilişlərin sayı artacaq. Mən demirəm ki, şou xarakterli verilişlər olmasın. Amma bugün tv kanalları bu onun ifratına gediblər. Bu qərardan sonra ümüd edirəm ki, intellektual verilişlərdə olacaq.

- Özünüz aparıcılığa necə gəldiniz?

- Mən tv-yə gəlməmişdən qabaq rabitəçi olmuşam və bir çox dövlət orqanlarında işləmişəm. 2013-cü ildə tv-lərdən birində kastinqə dəvət etdilər, getdim və seçildim. Həmin vaxdan Nərgiz Cəlilova və İlhamə Novruzovadan aparçılıq və efir mədəniyyəti ilə bağlı dərs aldım. və ondan sonra isə mən həmin tv verilişi işləmədim. “Hədəf” adlı intelektual veriliş açdım, həmkarım Həmzə Məmmədli ilə birgə heç bir dəstək olmadan əlimizdən gələni etdik, amma veriliş müəyyən çətinliyə görə fəaliyyətini dayandırdı. Ondan sonra "Bizimlə bir gün" adlı veriliş apardım.

Anam eşidəndə ki, mən veriliş aparcısı olacağam, əvvəlcə mane oldu. Onu da qınamıram, o qədər bəyağı veriliş aparcıları var ki, yüngül həyat tərzi keçirirlər. Mən gizli olaraq kursa getdim, ondan sonra ilk verilişimi çəkdim və diski anama göstərdim. Ondan sonra mənəvi dəstək oldu mənə.

- Gəlcək planlarınız necədir?

- Bu ilin sonu, yaxud gələn ilin əvvəlinə qədər tv-lərin birində yeni veriliş açmaq istəyirəm. Neçə aydır ki, tv-dən uzaq düşmüşəm və qısa zamanda yeni verilişimlə aparcı kimi fəaliyyətimi bərpa etmək istəyirəm. Bundan əlavə, bir xeyriyyə tədbiri keçirməyə hazırlaşıram. Bunun üçün bütün imkanlarımı səfərbər etmişəm.

Polad Aslanov


Teqlər:





Xəbər lenti