Oğru ev sahibinə məktub yazdı

Oğru ev sahibinə məktub yazdı
  25 Oktyabr 2015    Oxunub:2322
Qazaxın Çaylı kənd sakini Səbuhi Ocaqverdiyev Tovuzun Ağdam kəndinə gələrək əvvəlcə kənd sakini Münasibət İsmayılovanın evinə girib.

AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, 28 yaşlı cinayətkar mənzildən qızıl sırğa, bir neçə mobil nömrə və yaddaş kartı götürüb. Növbəti hədəf isə əvvəllər bir yerdə çoban işlədikləri Niyazi Həmidovun evi olub.

Ev sahiblərinin kənddə olmadığını bilib evə daxil olan Səbuhi Ocaqverdiyev otaqları alt-üst etsə də, qənimət tapa bilməyib. Bundan əsəbləşən oğru başqa adla ev sahiblərini təhqir edən cümlələr yazaraq məktubunu masanın üzərinə qoyub.

Kəndə qayıdan Həmidovlar evi al-üst görəndə Tovuz polisini məlumatlandırıblar. Aparılan əməliyyat tədbirləri nəticəsində Səbuhi Ocaqverdiyev çox uzağa getmədən saxlanılıb.

Əməlini etiraf edən Səbuhi Ocaqverdiyev ikinci dəfə ailə qurduğu xanımın xəstə olduğu üçün bu hadisəni törətdiyini bildirib.

Hazırda Tovuz polisi faktla bağlı araşdırmalarını davam etdirir.


Teqlər:





Xəbər lenti