Daha bir miqrant faciəsi - 40 ölü

Daha bir miqrant faciəsi - 40 ölü
  25 Oktyabr 2015    Oxunub:1822
Liviya sahillərində oktyabrın 24-də 40 miqrantın meyiti aşkarlanıb.

APA-nın məlumatına görə, bu barədə “Assoşieyted Press” beynəlxalq “Qızıl Aypara” cəmiyyətinə istinadən məlumat yayıb.

Təşkilatın nümayəndəsi Məhəmməd əl-Masratinin bildirdiyinə görə, 27 meyit Zliten şəhəri yaxınlığında, qalanları isə paytaxt Tripoli və Homs şəhərləri arasındakı sahil zolağı boyu aşkarlanıb. Onun sözlərinə görə, batan qayıqda olan daha 30 miqrantın axtarışları davam etdirilir.

Məhəmməd əl-Masratinin qeyd edib ki, ölənlərin əksəriyyəti Avropaya getmək niyyəti ilə Afrikanın müxtəlif ölkələrindən Liviyaya gəlmiş miqrantlardır.


Teqlər:  





Xəbər lenti