Gülnar Salmanova ilə son görüş - FOTO

Gülnar Salmanova ilə son görüş - FOTO
  25 Oktyabr 2015    Oxunub:4882
Ötən gün dünyasını dəyişən Dövlət Musiqili Teatrının aktrisası, əməkdar artist Gülnar Salmanova ilə vida mərasimi keçirilib.
Aktrisanın yaşadığı evdə keçirilən mərasimdə tanınmış sənət adamları, Salmanovanın həmkarları iştirak ediblər.

Vida mərasimindən sonra əməkdar artist şəhər qəbiristanlığında dəfn olunub.



Qeyd edək ki, aktrisa xərçəng və şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi.

Xatırladaq ki, Gülnar Salmanova 24 iyul 1956-cı ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 1978-ci ildə ailə həyatı qurub. 1979-cu ildə Oğlu dünyaya gəlib. 1981-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Artisti fakültəsini bitirib. Həmin ildən Musiqili Komediya Teatrında işləyir. Aparıcı səhnə ustasıdır. Güclü və məlahətli soprano səsə malikdir. Əsasən "Subretka" ampluasında teatrda və televiziya ekranlarında fəal çıxış edir.

Onun "50 yaşında cavan" tamaşasındakı Gülnaz, "Beşmanatlıq gəlin"dəki Naznaz, "Özümüz bilərik"dəki Ceyran, "Subaylarınızdan görəsiniz"dəki Çiçək, "Hicran"dakı Çarleston, "Bankir ədaxlı"dakı Maral, "Məhəbbət oyunu"dakı Ceyran, "Bir günlük siğə"də, "Aldın payını, çağır dayını" tamaşasında At Balaxanım və s. obrazları özlərinin orijinallığı və yüksək ifası ilə sevilib, yadda qalıb.

2001-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti