Ağsuda canavarlar kəndə hücum edib
Padar kənd sakini 1981-ci il təvəllüdlü Bəhruz İsa oğlu Bəhramov və Növcü kəndində məskunlaşan məcburi köçkün Ağdam rayon sakini 1973-cü il təvəllüdlü İlham Amil oğlu Məhərrəmov kənd ərazisi olan otlaq sahədə qoyunları kəndə gətirərkən canavarların hücumuna məruz qalıblar.
Boğaz və üz nahiyəsindən xəsarət alan sakinlər qohumları tərəfindən Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxananın cərrahiyyə şöbəsindən verilən məlumata görə, cərrahiyyə əməliyyatı aparılan yaralıların vəziyyəti ağır olaraq qalır. (Report)
Teqlər: